- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
“Turan Tovuz” Antalya toplanışında İsveçrənin “Aarau” klubunu 1:0 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, qarşılaşmadan sonra qərb təmsilçisinin baş məşqçisi Ayxan Abbasov “CBC Sport” kanalına açıqlama verib.
O, mövsümün ikinci yarısına tam hazır olmaq istədiklərini deyib:
“Hər şey plan üzrə gedir. İkinci yoldaşlıq oyunumuzu keçirdik. Siyanda, Henri Oqebukvu və Cavid Tağıyevin durumu bizi bir az üzür. Ümid edirəm ki, üçüncü matçda onlardan da istifadə edəcəyik. Çempionatın ikinci yarısına tam hazır olmaq istəyirik. “Aarau”ya qarşı yaxşı mübarizəli oyun getdi”.
Mütəxəssis Denis Marandiçinin transferi barədə bunları deyib:
“İmeda Aşortiya ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Onun yerinə dərhal Denisi transfer etdik. Müdafiənin cinahlarında yeni oyunçuya ehtiyacımız var idi. Çox istərdik ki, bir futbolçu da transfer edək. Rəhbərliklə bu barədə danışırıq. Hücumçu istəyirik. Amma hələ bəyəndiyimiz oyunçu yoxdur”.