- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

Premyer liqasının 2-ci turunun “Qarabağ” – “Kəpəz” oyunundan (3:0) sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizə 52 yaşlı mütəxəssisin açıqlamasını təqdim edir:
“Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Dinamik, sürətli oyun göstərdilər, topla yaxşı davranırdılar. Çox razı qaldım.
Rəqib barədə məlumat az idi. Yaxşı müdafiə olunmağı sonadək bacaran komandaya qarşı oynadıq. Hücumda da oynamaq istəyirdilər. “Kəpəz”ə uğurlar arzulayıram”.