- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 176
- Fevral 06, 2026
- 0

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov premyer liqanın 11-ci turunda “Zirə” klubu ilə oyun sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, kiçik hesablı yenilgiyə belə şərh verib:
“Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Futbolçulara təşəkkür etdim. Müdafiəyə oturaraq və ya zəif çıxış edərək məğlub olmadıq. Hücumların kəsərini bacardığımız qədər artırmaq istədik, yüksək tempdə oynadıq.
Amma istədiyimiz nəticəni qazana bilmədik. Artıq bu matçı təhlil edib səhvləri düzəldərək qarşıdakı oyunlara daha diqqətli, aqressiv və motivasiyalı hazırlaşmalıyıq”.