- Baxış sayı: 29
- 06 Fevral 2026 10:17
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Mats Hummels klub rekordçusuna çevrilib.
Allsport.az xəbər verir ki, 34 yaşlı futbolçu bundesliqada “Hoffenhaym”la matçda “arılar”ın heyətində yer alıb. Qarşılaşma Dortmund təmsilçisinin qələbəsi ilə başa çatıb – 3:1.
Hummels Almaniya çempionatında “Borussiya”nın heyətində qələbə sayına görə Mixael Zorkun rekordunu təkrarlayıb – 206. Üstəlik, diqqətçəkən məqam isə odur ki, bu göstəriciyə nail olmaq üçün mərkəz müdafiəçisi cəmi 347 matç keçirib. Keçmiş rekordçu bunun üçün 463 matçda iştirak etməli olub.