VİDEO
«Hünər meydanı»nın son günündə 2 gənc güləşçi görüş zamanı canlı yayımda əlbəyaxa oldu

Bakı İdman Sarayında gənc güləşçilərin «Hünər meydanı» respublika seçim turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışın son günündə xoşagəlməz hadisə yaşanıb. Əfqan Xaşalov ilə Tofiq Sadıqlı arasında 55 kq-da keçirilən yarımfinal tutaşmasının gedişində tərəflər əlbəyaxa olublar.

Yarış «İdman Azərbaycan» vasitəsilə canlı yayımlandığından, qalmaqal tamaşaçıların diqqətindən yayınmayıb. Məsələyə müdaxilə edən mühafizəçilər və məşqçilər, gənc bahadırları ayırıblar.

Nəticəyə gəldikdə, rəqibini məğlub edən Əfqan Xaşalov, həlledici görüşdə də Məhəmməd Abdullayevi üstələyərək, çempion adını qazanıb.

Həmin kateqoriyadan