- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
“Neftçi” premyer liqanın 20-ci turunda AzAL klubu ilə oyunun hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, komandamız “İnter arena”da məşq keçib. Çalışmadan sonra komandamızın hücumçu Hüqo Barqas “Neftçi” TV-yə açıqlama verib:
“İndiki halda biz rəqibdən çox özümüz haqda düşünməliyik. Əks halda bu böyük səhv olar. Son 3 turda “Neftçi”nin oyunu daha yaxşılaşıb, oyunumuzda irəliləyiş var.
Bu bizi daha da həvəsləndirir. Yenə deyirəm, biz rəqibin sonuncu yerdə qərarlaşdığını düşünməməliyik, komanda olaraq meydandakı vəzifəmizi yerinə yetirməliyik, oyuna çıxıb 3 xal qazanmalıyıq”.