- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“İlk hissəyə yaxşı başladıq. Normal hücumlar qurub vaxtında qol vurmağı bacardıq. İkinci hissənin əvvəlində niyə pressinq etdiyimizi anlamadım. Bu səbəbdən də lazımsız qol buraxdıq”. Allsport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı İbrahim Şehiç Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Monako” ilə bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.
O bildirib ki, 3 xal qazanmalı olduqları oyunda heç nədən iki xal itiriblər: “Epizoda təkrar baxdıq. Orada oyundan kənar vəziyyət yox idi. Bizim müdafiəçilərin həmin epizodda nəyi gözlədiyini başa düşmədim.
Nəticədə rəqib bundan istifadə edib qol vurdu. Bizim indi vacib 2 oyunumuz qalıb. Biri səfərdə “Anderlext”lə, digəri isə doğma meydanda “Tottenhem”lə. Bu görüşlərdə hücumlar edib, qələbə qazanmaq lazımdır”.