- Baxış sayı: 7
- 27 Noyabr 2024 15:55
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Gəncənin icra hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər stadionunda olub. Allsport.az saytı xəbər verir ki, o, klubun idarə heyətinin sədri İlqar Nadiri, qurumun üzvləri millət vəkili Müşfiq Cəfərov, Gəncə şəhər gənclər və idman baş İdarəsinin rəisi Həmid Nəsirov, eləcə də əsas komandanın baş məşqçisi Tərlan Əhmədov ilə görüşüb.
İlqar Nadiri arenada görülən işlər barədə məlumat verib. Stadionun qəzalı vəziyyəti ilə maraqlanan icra hakimiyyətinin başçısına bildirilib ki, “Kəpəz”in ev oyunlarını burada keçirə bilməməsi azarkeşləri məyus edib. Niyazi Bayramov vəziyyətin həlli istiqamətində kluba dəstək verəcəklərini söyləyib.
Yeni baş məşqçi Tərlan Əhmədovu təyinatı münasibəti ilə təbrik edib ona uğurlar arzulayan icra başçısı Gəncədə futbolun çox sevildiyini deyərək “Kəpəz” azarkeşlərinin qələbələrə layiq olduğunu əlavə edib. Təcrübəli mütəxəssis komandanın əvvəlki ənənələrini bərpa etməsi üçün çalışdıqlarını, tezliklə fanatları sevindirəcəklərinə inandığını vurğulayıb.
İcra hakimiyyətinin başçısı stadionda U-15 liqasının II turun oyunları çərçivəsində keçirilən “Kəpəz” – Şimal Elit görüşünü də azarkeşlər arasından izləyib. Qarşılaşmadan sonra hər iki komandanın məşçqiləri və futbolçuları ilə görüşüb, onlarla xatirə fotosu çəkdirib.