- Baxış sayı: 18
- 26 Noyabr 2024 15:13
- Baxış sayı: 157
- Noyabr 25, 2024
- 0
Xəbər verdiyimiz kimi, Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı Bəyannamə qəbul olunsun. Peşəkar futbolla bu və ya digər şəkildə məşğul olan hər bir şəxs Bəyannaməni imzalamaqla müvafiq öhdəlik götürsün. Bəyannamə AFFA tərəfindən müvafiq futbol strukturlarına təqdim olunsun.
2. Birinci divizionda yaş və legioner limitinin müəyyənləşdirilməsi AFFA, Peşəkar Futbol Liqası və Məşqçilər Komitəsinə həvalə olunsun.
3. AFFA-nın təsisçiliyi ilə Futbolun İnkişaf Fondu yaradılsın. Qurumun İdarə Heyəti bütövlükdə AFFA-nın İcraiyyə Komitəsinin heyətindən təşkil olunsun. Futbolun İnkişaf Fondunun hüquqi məsələlərinin həlli və təşkilati işlərin həyata keçirilməsi AFFA-nın baş katibliyinə tapşırılsın.
4. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rafiq Mirzəyevin öz istəyi ilə istefası qəbul olunsun. U-17 Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinin müvəqqəti icrası Vüqar Məmmədə həvalə olunsun.
5. UEFA-nın tövsiyəsinə əsasən 2017-2018-ci il mövsümündə futbol yarışlarında iştirak etmək üçün lisenziya qaydalarına dəyişikliklər haqqında təkliflər tanış olmaq və münasibət bildirmək üçün İcraiyyə Komitəsinin üzvlərinə təqdim olunsun. İcraiyyə Komitəsinin üzvləri təkliflərini AFFA-nın baş katibliyinə təqdim etsin.
6. Futbol veteranları Boris Xetaqurov və Adil Nadirova AFFA-nın təqaüdü verilsin.