- Baxış sayı: 26
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bu gün Bakı olimpiya stadionunda AFFA icraiyyə komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, gündəlikdə olan məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev BOS-da yaradılan VAR Mərkəzi ilə tanış olub. AFFA prezidentinə VAR Mərkəzinin iş prinsipi ilə bağlı məlumat verilib. Sonra Rövnəq Abdullayev FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyin olunmuş vitse-prezident Elxan Məmmədova icraiyyə komitəsi adından uğurlar arzulayıb.
Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. 2022/2023-cü il mövsümündən etibarən “İmişli”, “Mingəçevir” və “Araz Naxçıvan” komandaları 1-ci divizionda çıxış etsin.
2. Azərbaycan çempionatında legionçu limitinin 6+5 sistemi ilə tətbiqi davam etdirilsin.
3. Premyer liqada gənc futbolçular üçün yaş limiti ləğv olunsun.
4. Azərbaycan çempionatında əvəzetmə sayı dəyişdirilməsin (3 əvəzetmə sayı saxlanılsın).
5. 2022/2023-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 14 legioner futbolçu daxil edə bilər. 14 legionçudan əlavə, hər legionçu üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdirilsin.
6. 2023/2024-cü il mövsümündən etibarən klublar sifariş ərizəsinə 12 legionçu futbolçu daxil edə bilər. 12 legionçudən əlavə, hər legionçu üçün sifariş ödənişi 50.000 (əlli min) AZN müəyyənləşdirilsin.
7. AFFA-nın yoxlama və təftiş komitəsinin əsasnaməsinin hazırlanması baş katibliyə tapşırılsın. Əsasnamə 1 ay ərzində icraiyyə komitəsinə təqdim olunsun.