- Baxış sayı: 22
- 09 Dekabr 2025 13:44
- Baxış sayı: 38
- Dekabr 08, 2025
- 0

Dekabrın 8-də AFFA-nın inzibati binasında icraiyyə komitəsinin növbəti iclası keçiriləcək. Allsport.az saytı xəbər verir ki, saat 11:00-da başlayacaq toplantının gündəliyinə bu məsələlər daxil edilib:
1. Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələrin müzakirəsi
2. Aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiyanın müzakirəsi
3. Klubların lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələsinin müzakirəsi
4. Hakimlər komitəsinin tərkibinin təsdiqi
5. Digər məsələlər