“İdman interaktivi. Həndbol” layihəsi çərçivəsində ustad dərsi

Azərbaycan həndbol federasiyasının təşəbbüsü ilə oktyabrın 8-də “AHF arena”da “İdman interaktivi. Həndbol” layihəsi çərçivəsində ustad dərsi keçirilib.

Allsport.az saytı xəbər verir ki, Rusiyanın idman ustası, 3-qat dünya çempionu, olimpiya oyunlarının gümüş mükafatçısı, çempionlar liqasının və kuboklar kuboku turnirinin qalibi Emiliya Tureyin apardığı məşğələdə paytaxtda fəaliyyət göstərən idman məktəblərinin həndbolçuları iştirak ediblər.

Mütəxəssis ən populyar idman növlərindən sayılan həndbolun sadə sirrlərini, daha böyük maraq doğuran və həvəs oyadan məqamlarını uşaqlarla bölüşüb. Bu layihə hərəkət fəallığını yüksəltməklə yanaşı, gündəlik stressi azaltmaq və fəal həyat tərzinin təbliği ilə özünü yenilikçi təcrübə kimi təsdiqləyib.

Həmin kateqoriyadan