- Baxış sayı: 90
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Real” qış transfer pəncərəsində “Qalatasaray”ın hücumçusu Mauro İkardini heyətinə qata bilər.
Allsport.az xəbər verir ki, “kral klubu” argentinalının transferini ciddi şəkildə müzakirə edir. İkardi “cim-bom”da artıq 2-ci mövsümünü keçirir. Türkiyə təmsilçisi onun transferi yalnız ötən yay daimi əsasda yekunlaşdırdı. Bundan əvvəl Mauro burada icarə əsasında çıxış edirdi.
O, cari mövsüm Türkiyə çempionatında 15 oyun keçirib, 12 qol vurub və 5 məhsuldar ötürmə edib.