- Baxış sayı: 103
- 03 Noyabr 2024 17:15
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Azərbaycan atletika federasiyasının 2 nümayəndəsi beynəlxalq dərəcəli hakim adını almaq üçün imtahanı uğurla keçib.
Allsport.az saytı xəbər verir ki, milli komandamızın keçmiş üzvü, olimpiya oyunlarının iştirakçısı Arif Axundov və federasiyanın beynəlxalq əlaqələr və inkişaf departamentinin müdiri Kənan Məhərrəmov Dünya atletikası tərəfindən bürünc səviyyəli hakim sertifikatı ilə təltif edilib.
Bununla da hakimlərimiz həm dünya, həm də qitə səviyyəli müxtəlif nüfuzlu yarışlarda çalışmaq hüququ əldə edib.