İki federasiya arasında müqavilə

Azərbaycan üzgüçülük federasiyası və Azərbaycan triatlon federasiyası ölkədə su idman növlərinin inkişafı üçün birlikdə çalışacaqlar. Allsport.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində birgə yarışların keçirilməsi, eləcə də üzməyə marağı olan potensiallı gənclərin üzgüçülük və triatlon idman növlərinə cəlb edilməsi nəzərdə tutulur.

Eyni zamanda, üzgüçülük və triatlonla məşğul olmaq üçün əlçatan və sağlam mühitin formalaşdırılmasına dəstək göstəriləcək. İdmançıların bacarıqlarının artırılması məqsədilə yerli və beynəlxalq mütəxəssislərin təlim-məşq prosesinə cəlb olunması da prioritet istiqamətlərdən biri olacaq.

Memorandumu ASF-nin baş katibi Oqtay Atayev və ATF-nin baş katibi Seymur Hüseynov imzalayıblar.

Həmin kateqoriyadan