- Baxış sayı: 99
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

20 okyabrda “Qarabağ” premyer liqanın 10-cu turunda səfərdə “Turan Tovuz” ilə qarşılaşdı. Allsport.az saytı xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüş 2:2 bitdi.
Hesabı ilk hissənin əvvəlində qonaqlarda Olavio Juninyo açdı. 2-ci yarının ilk dəqiqələrində Otto Con hesabı bərabərləşdirdi.
90-cı dəqiqədə Leandro Andrade “Qarabağ”ı yenidən hesabda irəli çıxarsa da, meydana sonradan daxil olan Ayxan Hüseynov hakimin oyuna əlavə etdiyi dəqiqələrdə “Turan Tovuz”u yenilgidən qurtardı.