- Baxış sayı: 28
- 26 Noyabr 2024 20:23
- Baxış sayı: 49
- Noyabr 26, 2024
- 0
“Qəbələ” – “Kəpəz” oyunundan sonra baş məşqçilərin mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, ilk olaraq KİV önünə Gəncə klubunun çalışdırıcısı Şahin Diniyev çıxıb. Məşqçi oyunla bağlı belə danışıb:
“Qış havası ilə yanaşı, həm də yaxşı futbol havası idi. Elə meydandada maraqlı oyun oldu. Hər iki komanda bir-birinə layiq futbol göstərdi. Qarşılıqlı hücumlar şəraitində keçən matç oldu, heç kim müdafiədə oturmadı. Sadəcə, ikinci qolda mövqe səhvi buraxmağımız bizi xaldan etdi.
Rəqibə uğurlar arzu edirəm, öz komandamın da oyunundan razıyam. İlk 12-15 dəqiqəni saymasaq, qalan vaxtda komanda öz oyununu göstərə bildi. İlin son oyunu kubok matçı olacaq. Bu görüşə ciddi hazırlaşacağıq, asan qarşılaşma olmayacaq.”