- Baxış sayı: 46
- 11 Mart 2026 19:25
- Baxış sayı: 451
- Mart 12, 2026
- 0

Basketbol üzrə ikiqat dünya çempionu Lüdmila Bazareviç 86 yaşında vəfat edib.
Allsport.az xəbər verir ki, o, SSRİ yığmasının heyətində 1964 və 1967-ci illərdə dünya çempionu olub. Basketbolçu, həmçinin, beşqat Avropa çempionu və universiadanın gümüş mükafatçısı idi.
Lüdmila Bazareviç dünya çempionatlarının ikiqat gümüş mükafatçısı və Rusiyanın sabiq baş məşqçisi Sergey Bazareviçin anası idi.