İlham Əliyev: Bu qədər uzun illər gözləyəndən sonra, biz indi futbol komandamızla fəxr edirik

Azərbaycan prezidenti İlham Əliyev milli komandamızın DÇ-2018-in seçmə mərhələsindəki çıxışına qiymət verib. Allsport.az saytı xəbər verir ki, bu gün ölkə başçısı xorvatiyalı xanım həmkarı Kolinda Qrabar-Kitaroviç ilə görüşdən sonra, KİV-ə verdiyi açıqlamada bunu deyib:

“Düşünürəm ki, xalqlar arasında əlaqələrin və Xorvatiyanın Azərbaycanda təbliğinin yaxşı nümunəsi böyük işlər görən Robert Prosineçkinin mükəmməl fəaliyyətidir. Bu qədər uzun illər gözləyəndən sonra, biz indi komandamızla fəxr edirik. Çünki onun rəhbərliyi ilə komandamız hazırda qrupda ikinci yerdədir. Üç oyundan sonra onların hesabında 7 xal – 2 qələbə və 1 heç-heçə var.

Bu, mühüm nailiyyətdir. Əlbəttə, onun burada etdikləri təkcə futbol fanatları tərəfindən deyil, həm də xalqımız tərəfindən yüksək qiymətləndirilir və təbii ki, hamı onun Xorvatiyadan olduğunu bilir. O, sizin ölkənin yaxşı səfiridir və mən fürsətdən istifadə edərək ona uğurlu işinə görə təşəkkür etmək istərdim. Bu da bizim əməkdaşlığımızın yaxşı nümunəsidir və xanım prezidentin səfəri sözsüz ki, bunun üçün yeni imkanlar açır”

Həmin kateqoriyadan