İlham Əliyev: Fiziki formanı ev şəraitində də uğurla saxlamaq olar

Ölkə başçısı və milli olimpiya komitəsinin prezidenti İlham Əliyev Rusiyanın TASS agentliyi direktorunun 1-ci müavini Mixail Qusmana müsahibə verib. Allsport.az saytı xəbər verir ki, o, həmşəhərlimizlə söhbətdə Böyük Vətən müharibəsində azərbaycanlıların qəhrəmanlıqlarından danışarkən, hazırı pandemiyaya toxunmağı unutmayıb, karantrin dönəmində idman etməyin vacib olduğunu söyləyib:

“Fiziki hazırlığı ev şəraitində də uğurla saxlamaq olar. Artıq bu heç kimə sirr deyil. İdman zalına getmədən, evdə bunun mümkünlüyünü göstərən informasiya resursları çoxdur. Mən ilk gənclik illərimdən bəri idmanla məşğulam və bütün qaydalara riayət edirəm.

İdmanla məşğul olmaq hər kəsdən ötrü həm sağlamlıq, həm özünəinam, həm də iş qabiliyyəti üçün mühüm amillərdən biridir. Mən gənclərə və orta yaşlı insanlara dəfələrlə tövsiyyə etmişəm ki, idmanla məşğul olun”.

Həmin kateqoriyadan