- Baxış sayı: 120
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Prezident İlham Əliyev Azərbaycan idmançılarının 32-ci yay olimpiya oyunlarına və 16-cı yay paralimpiya oyunlarına hazırlığının və oyunlarda iştirakının təmin edilməsi haqqında sərəncam imzalayıb. Allsport.az xəbər verir ki, sərəncamda olimpiya oyunlarının dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən mühüm və möhtəşəm idman tədbiri olduğu bildirilib.
Sərəncamda bildirilir ki, gənclər və idman nazirliyi, Azərbaycan milli olimpiya komitəsi və Azərbaycan milli paralimpiya komitəsi təqdim edəcəkləri xüsusi proqramlara əsasən, milli yığma komandaların oyunlara hazırlığı mərhələsində təlim-məşq toplanışlarının keçirilməsini, idmançıların rəsmi beynəlxalq yarışlarda iştirakını, ölkədə lisenziya yarışlarının təşkilini, Azərbaycan nümayəndə heyətinin olimpiya oyunlarında və paralimpiya oyunlarında iştirakını, eləcə də digər tədbirlərin həyata keçirilməsini təmin etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidirlər.