İlin ilk heyəti

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Zaqrebdə Xorvatiya yığması ilə qarşılaşacaq, martın 25-də isə Bakıda Litva futbolçuları ilə yoldaşlıq oyunu keçirəcək “ay-ulduzlular”ımızın heyəti müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, xorvatiyalı yeni baş məşqçi Nikola Yurçeviç 23 nəfərlik siyahıda millimizin əsas qapıçısı Kamran Ağayevə yer verməyib. Əvəzində Ömər Buludov, Əli Babayev və Aleksey İsayev ilk dəfə yığmamıza çağırılıb. Anton Krivotsyukla Şahrudin Məhəmmədəliyev vaxtilə əsas yığmamıza dəvət olunsalar da, debüt etməyiblər. Rahil Məmmədov, Şəhriyar Rəhimov və Eddi İsrafilov xeyli fasilədən sonra milldən dəvət alıblar. “Ay-ulduzlular” martın 16-dan etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq.

Qapıçılar: Səlahət Ağayev (“Neftçi”), Emil Balayev (“Tobol”, Qazaxıstan), Şahruddin Məhəmmədəliyev (“Qarabağ”)

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı – “Qarabağ”), Ömər Buludov, Anton Krivotsyuk (hər ikisi – “Neftçi”), Təmkin Xəlilzadə (“Sabah”), Şəhriyar Rəhimov (“Səbail”)

Yarımmüdafiəçilər: Qara Qarayev, Riçard Almeyda, Mahir Mədətov, Araz Abdullayev ( “Qarabağ”), Eddi İsrafilov (“Alkorkon”, İspaniya), Emin Mahmudov, Namiq Ələsgərov (“Neftçi”), Əli Babayev, Aleksey İsayev (“Sumqayıt”), Dmitri Nazarov (“Aue”, Almaniya)

Hücumçular: Ramil Şeydayev (“Krılya Sovetov”, Rusiya), Rüfət Dadaşov (“Proyssen”, Almaniya), Mirabdulla Abbasov (“Neftçi”)

Həmin kateqoriyadan