- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 122
- Fevral 06, 2026
- 0

İspaniya çempionatının 23-cü turunun matçında “Sevilya” “Rayo Valyekano”nu məğlub edib.
Allsport.az xəbər verir ki, görüş 2:1 hesabı ilə başa çatıb. Qaliblərin hər iki qolunu hücumçu Yussuf En-Neseri vurub.
Bu, “Sevilya”nın 2024-cü ildə la liqada ilk qələbəsidir. Klub sonuncu dəfə dekabrın 19-da “Qranada” ilə oyunda (3:0) 3 xal qazanıb.
“Sevilya” 20 xal toplayaraq turnir cədvəlində 15-ci pilləyə yüksəlib, “Rayo Valyekano” isə 24 xalla 13-cü pillədə qərarlaşıb.