İlin məşqçisi

Beynəlxalq futbol tarixi və statistikaları federasiyası (İFFHS) “Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiolanı ilin ən yaxşı klub məşqçisi elan edib.

Allsport.az xəbər verir ki, o, 281 xal toplayaraq yüksək səviyyəli məşqçilər reytinqinə əhəmiyyətli fərqlə başçılıq edib. İlk üçlüyə həmçinin “Real”dan Karlo Ançelotti (56) və “Napoli”dən Luçano Spaletti (53) daxil olub.

Reytinqdə sonrakı yerləri Simone İnzagi (51), Fernando Diniz (33), Mikel Arteta (30), Xavi (26), Ange Postecoglou (12), Unai Emeri (8) və Yurgen Klopp (6) tutur.

Həmin kateqoriyadan