- Baxış sayı: 92
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Napoli”nin və Nigeriya millisinin hücumçusu Viktor Osimhen 2023-cü ilin ən yaxşı afrikalı futbolçusu adına layiq görülüb.
Allsport.az xəbər verir ki, bu barədə Afrika futbol konfederasiyasının sosial şəbəkəsində paylaşım edilib.
Xatırladaq ki, Osimhen 2023-cü ildə Neapol klubunun uğurunun yaradıcılarından biri olmuşdu. Onunla birlikdə klub İtaliya çempionu, forvardın özü isə 26 qol vuraraq çempionatın bombardiri olub.