- Baxış sayı: 5
- 24 Noyabr 2024 21:49
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
Bu gün “Turan Tovuz” öz meydanında “Sumqayıt”a 1:4 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov açıqlama verdi:
“Çox üzücü məğlubiyyət oldu. İlk 10 dəqiqəni yaxşı oynadıq. Sonradan qopma oldu. Dəyişiklik etsək də, faydası çox olmadı.
2-ci hissədə Oddonun 2 təkbətək anı qol olsaydı, vəziyyət başqa cür olacaqdı. Bu yenilgidən nəticə çıxarmalıyıq.
Həyətdə zədəlilər və cəzalılar vardı. Rəqib orta sahədə yaxşı oynayır, topu özündə saxlayır. “Sumqayıt” çempionatda sabit çıxış edən komandalardandır. Bu gün yaxşı oynadılar.
Matç öncəsi gərginlik vardı. İlk 2 dövrədə bizə qarşı da hakim səhvləri olub. Hesab edirəm ki, sona yaxın bu ajiotaj davam edəcək”.