- Baxış sayı: 7
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Rustavi şəhərində millimiz Gürcüstanın U-18 futbolçularına 2:1 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşçisi Aqil Nəbiyev oyundan sonra açıqlama verib: “Mübarizəyə daha istəkli başladıq. İlk 45 dəqiqədə 3-4 yüz faizlik qol imkanımız oldu. Hətta penaltidən yararlana bilmədik. Ümumi götürsək, oyuna nəzarət edən, topa daha çox sahib olan komanda biz idik. Səfərdə oynamağımıza baxmayaraq, daha dominant futbol oynadıq.
Bir neçə əsas futbolçumuz yox idi, amma heyətə dəvət etdiyimiz oyunçular onların yoxluğunu hiss etdirmədi. Bu yaş qrupunda olan futbolçularla çox şeyə nail olmaq olar. Təbii ki, daha çox çalışmalıyıq. Əsas çatışmazlıq kimi uşaqların beynəlxalq oyun təcrübələrinin az olmasını qeyd edə bilərəm. Qarşıdakı illərdə daha çox beynəlxalq səviyyədə oyunlar oynayıb, daha çox inkişaf eləmək olar”.