İlk dəfə Gəncədə

“Kəpəz” Azərbaycan kuboku tarixində 25-ci dəfə üzülüb. Allsport.az saytı xəbər verir ki, bu uğursuzluq cari mövsümünün 1/8 final mərhələsinin “Səbail”lə matçına təsadüf edib. Qərblilər öz meydanında 0:4 hesabı ilə uduzub. Bu, “sarı-göylər”in evdə ilk böyük hesablı yenilgisi kimi tarizə düşüb. Öz meydanındakı 45 oyunda cəmi 10 dəfə uduzan Gəncə təmsilçisi belə ağır yenilgi almamışdı.

Ümumilikdə, “Kəpəz” kubokda 2-ci dəfə böyükhesablı məğlubiyyət yaşayıb. İlk belə hadisə 2003/04 mövsümünün 1/4 finalında qeydə alınmışdı. Gəncəlilər “Şəmkir”lə Qərb derbisinin səfərdəki cavab oyununda 5 cavabsız qol buraxmışdı.

Bu, həm də “Səbail”in ölkə kubokunda ilk böyük hesablı qələbəsi olub.

Həmin kateqoriyadan