İlk dəfə rekord nəticə! Azərbaycan qran prisinə bütün biletlər satılıb!

Formula-1 Qətər hava yolları Azərbaycan qran prisinə maraq gözləntiləri üstələyib. Allsport.az saytı xəbər verir ki, 13-15 sentyabrda keçiriləcək yarışa bütün tribuna biletləri satılıb. Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına “Zəfər” və “Qız Qalası” əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb.

Builki yarış yalnız azarkeşləri deyil, bütün dünyanın diqqətini yenidən Bakıya yönəldəcək. Azərbaycan qran prisi  azarkeşlərə təkcə bolidlərin səs-küyünü deyil, həm də  xüsusi əyləncə proqramları ilə dolu bir həftəsonu vəd edir. 4-günlük bilet sahibləri yarışı izləməklə yanaşı Pit zolağı gəzintisi və 13-14 sentyabrda baş tutacaq dünya ulduzlarının konsert proqramlarında iştirak edirlər.

Həmin kateqoriyadan