- Baxış sayı: 92
- 17 Dekabr 2024 22:11
- Baxış sayı: 152
- Dekabr 18, 2024
- 0
İordaniyanın paytaxtı Əmmanda U-17 dünya çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, öncə meydan yunan-Roma güləşçilərinə verilib.
Əmrah Əmrahov (48 kq) ukraynalı Boqdan Makarovetsə 3:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda iranlı Ərmin Şamsipourhacıya uduzub – 0:8. Əmrah təsəlliverici görüşdə bolqarıstanlı Kaloyan İvanova heç bir şans tanımayıb – 9:0. Əmrahov qazaxıstanlı Yedige Toleutayevi də 3:1 hesabıyla üstələyərək dünya üçüncüsü olub.
Əli Nəzərov (55 kq) startda gürcüstanlı David Qabedavadan güclü olub – 5:3. Ancaq 1/4 finalda amerikalı Ceyden Raneyə (3:4), təsəlliverici görüşdə isə özbəkistanlı Sərdar Xolmurzayevə (3:10) məğlub olub.
Emil Abdullayev (65 kq) serbiyalı Balaz Ujheljiyə (4:1) və misirli Mohamad İbrahimə (4:1) qalib gələrək yarımfinala yüksəlib. Emil finalın bir addımlığında ukraynalı Vladislav Pokotilo ilə görüşdə məyus olub – 1:4. Abdullayev bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı Cəbrayıl Umxadjiyevə bata bilməyib – 4:9.
Orxan Hacıyev (80 kq) çinli Jeyinq Sonqla (10:1) qırğızıstanlı Joomart Aşimova (tuş) tam üstünlüklə qalib gəldikdən sonra ermənistanlı Arame Arakelyana gücünü göstərib – 7:1. Orxan yarımfinalda qazaxıstanlı Yerkebulan Anapiya ilə qarşılaşıb. Həmyerlimiz son saniyələrdə qələbəni əldən verib – 6:8. Hacıyev bürünc medal uğrunda görüşdə isə ukraynalı Vladislav Solodçuka 6:9 hesabıyla uduzub.
Abdullah Həsənov (110 kq) debütdə ermənistanlı Seyran Kirakosyana məğlub olub – 0:4.