İlk gündə kimlər sevindi?

ADBTİA-nın stadionunda atletika üzrə yay ölkə çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, yarışda Bakı, Gəncə, Sumqayıt, Ordubad, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən 140-a yaxın idmançı mübarizə aparır.

2 gün davam edəcək Azərbaycan çempionatı Paris yay olimpiya oyunlarına, həmçinin 7-12 iyunda Romada qitə çempionatına lisenziya üçün reytinq xallarının toplanması baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, 95-ci ölkə çempionatı İzmirdə keçiriləcək Balkan çempionatına seçim xarakteri daşıyır. İlk yarış gününün qalibləri bunlardır:

100 metr məsafəyə qaçış
1. Aleksey Əliəkbərov
2. Murad Babazadə
3. Qədir Qurbanov

1. Fəridə Rzayeva
2. Fatimə Həsənova
3. Safiya Kərimova

400 metr məsafəyə qaçış
1. Səid Səfərli
2. Novruz Əsədli
3. Nihat Tağıyev

1. İlahə Quliyeva
2. Nurlana Adıgözəlova
3. Aksana Cəlilov

1500 metr məsafəyə qaçış
1. Bəxtiyar Əsgərli
2. Vahid Kərimov
3. İsgəndər Əsgərov

1. Zəhra Şirəliyeva
2. Fidan İslamova
3. Sevgi Yusifova

400 metr məsafəyə sədlərlə qaçış
1.Ləman İsfəndiyarova

3-təkanla tullanma
1. Rüstəm Məmmədov
2. Cabir Əliyev
3. Rəvan Behbudov

1.Yekaterina Sarıyeva

Hündürlüyə tullanma
1.Yusif Abdullayev
2.Bülbül Babayev

Nüvə itələmə
1. İsmayıl Əliyev
2. Tofiq Məmmədov
3. Yusif Nəzərov

1. Səkinə Hacızadə
2. Günel Hüseynova
3. Aysel Rəhimli

Nizəatma
1. Elxan Berdiyev
2. Samir Bayramov
3. İbrahim Bəndərli

1. Günel Hüseynova
2. Aysel Rəhimli
3. Oksana Cəlilova

Həmin kateqoriyadan