“İlk hissə sönük keçdi”

Bu gün “Neftçi” premyer liqanın 28-ci turunda səfərdə “Qəbələ”yə 1:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Miodraq Bojoviç bunu dedi:

“Oyunun çətin keçəcəyini bilirdik. Bu o demək deyil ki, rəqib sonuncu pillədə olduğu üçün var gücünü ortaya qoyacaqdı. Qəbələdə yaxşı komanda qurulub. Yaxşı baş məşqçiləri var.

İlk hissə sönük keçdi. İkinci hissədə açıq futbol getdi. Bir yaxşı fürsət düşdü – dəyərləndirdik. Azərbaycanda yuxarı-aşağı bütün klubların səviyyəsi eynidir.

“Qəbələ”də yaxşı şərait var. Burada meydanlar Azərbaycanda ən yaxşısıdır. Çalışacağıq ki, daha yaxşı çıxış edək”.

Həmin kateqoriyadan