“İlk hissədə kifayət qədər qol epizodu yaratdıq”

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk, premyer liqasının 2-ci tutunda “Səbail” klubu ilə oyunundan sonra mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, ukraynalı mütəxəssis 1:1 bitən matç barədə bunu deyib:

“İlk hissədə kifayət qədər qol epizodu yaratdıq, amma bunların çoxunu qola çevirə bilmədik. Qol fürsətlərindən daha yaxşı istifadə edə bilsəydik, oyun tamamilə başqa cür alınardı. Bu oyuna görə heç bir futbolçuya irad bildirə bilmərəm, çünki hər kəs meydanda özünü ən yaxşı tərəfdən göstərməyə çalışırdı.

Biz başa düşürük ki, “Neftçi” hər oyun qalib gələrək, azarkeşlərinə qələbə sevinci yaşatmalıdır. Heç bir futbolçumun azarkeşlərə hər hansı bir formada etiraz etməsinə haqq qazandıra bilmərəm. Qələbə qazanmaq istəyirsənsə, epizodları vaxtında qola çevirməlisən ki, sonda əziyyət çəkməyəsən”.

Həmin kateqoriyadan