- Baxış sayı: 34
- 06 Fevral 2026 12:51
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

3 martda “Səbail” premyer liqanın 25-ci turunda səfərdə “Qələbə” üzərində 3:2 əzmkar qələbə qazandı. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Şahin Diniyev bunu açıqladı:
“Oyun çox gərgin keçdi. Hər 2 komandaya qələbə vacib idi. Həmkarım yaxşı taktika qurmuşdu. İlk hissədə oyunumuz alınmadı. Həm hava şəraiti, həm də digər amillər. Komandada xarakter var.
Hardasa, 8-9 oyundur ki, geridönüş edirik. 2-ci yarıda mühüm dəyişikliklər etdik. Bu, bəhrəsini verdi. Çempionat bərabər keçir. Hər bir rəqib xal itirə bilər. Məni narahat edən çox top buraxmağımızdır. Baxmayaraq ki, “Qarabağ”dan sonra çox qol vuran 2-ci klub “Səbail”dir.