“İlk hissəni uğursuz keçirdik”

“7 oyun idi ki, uğurlu seriyamız var idi. Bu oyuna da böyük ümidlərlə hazırlaşmışdıq. “Neftçi” və “Qarabağ” kimi komandalarla matçlarda daha müdafiəyəmeyilli oynamağa çalışırsan. Amma həmin heyətlə öz oyunumuzu oynamağa çalışdıq. İlk hissəni uğursuz keçirdik. Rəqibə qol vurmaq imkanı verdik. Halbuki uzun müddətdir ki, “Qarabağ” həmin kombinasiyanı yerinə yetirir. Ruhdan düşmürdük”. 

Allsport.az saytı xəbər verir ki, bu sözü “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov premyer liqanın 20-ci turunda “Qarabağ”a 0:3 yenildikləri görüşdən sonra deyib. O, 2-ci yarıda oyunu çevirə bilmədiklərini qeyd edib:

“Penaltidən sonra oyunun nəticəsi bəlli idi. Futbolçular mübarizə aparırdılar. Amma “Qarabağ”la matçda 0:2 hesabı ilə geridəsənsə, ondan sonra oyunu dəyişmək çətin olur. “Qarabağ” elə ondan sonra daha rahat oynamağa başladı. Oyunu çevirmək mümkün deyildi. Nəticədə 0:3 hesabı ilə uduzduq”.

Həmin kateqoriyadan