- Baxış sayı: 7
- 25 Noyabr 2024 16:27
- Baxış sayı: 31
- Noyabr 25, 2024
- 0
Premyer liqanın XV turunun “Qarabağ” – “Qəbələ” oyunundan (3:0) sonra, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi 43 yaşlı mütəxəssisin fikiri ilə tanış edir:
“Bizim üçün ağır oyun alındı. Rəqib istədiyimizi meydanda göstərməyə imkan vermədi. Komandamdan daha çox dinamika gözləyirdim. Qol imkanları yaratdıq. Hesab 0:1 olarkən onları dəyərləndirsəydik, nəticə fərqli ola bilərdi. Lakin səviyyə fərqi var.
Düşünürəm ki, “Qarabağ” layiqli qələbə qazandı. Hər bir xal önəmlidir. Hər rəqibdən xal almaq mümkündür. Ona görə hər qarşılaşmaya köklənməlisən. Ülvi İsgəndərov ötən il daha uğurlu oynayırdı. Potensialı olan futbolçudur. Üzərində çox çalışmalıdır. Avrokuboklardan sonra Premyer Liqa matçına çıxmaq bizim üçün ağır ola bilər.
“Omoniya” ilə matçdan sonra çempionat görüşünə çıxdıq və 0:5 hesabı ilə uduzduq. Bizim tipdə komandalar üçün ağır olur. “Qarabağ”ın heyəti genişdir və rotasiya imkanları var. İlk qolda boşluq verdik. Rəqib də bundan istifadə etdi”.