- Baxış sayı: 39
- 20 Mart 2026 22:44
- Baxış sayı: 130
- Mart 19, 2026
- 0

Bakı şəhər halqasında Formula-2 üzrə sərbəst yürüş başa çatdı. Allsport.az saytı xəbər verir ki, 45 dəqiqə davam edən ötüşmədə “Hiteç qran-pri” komandasının estoniyalı sürücüsü Yuri Vips 1-ci oldu.
“Çarlin”dən Liam Louson finişə 2-ci çatdı. İlk üçlüyü “Hiteç qran-pri”nin digər pilotu Markus Armstronq tamamlayıb.
Bu gün sərbəst yürüşdə 2 qəza baş verib. “MP Motorsport”dan Klement Novalak və “Kampos Racinq”dən Ralf Boşunq qəza törədiblər.