- Baxış sayı: 27
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

“Toro Rosso”nun sürücüsü Pyer Qasli müasir Formula1 yarışlarını çox adamı tənqid etdiyini deyib. Allsport.az saytı xəbər verir ki, turbo motorlar idmana gəldikdən sonra, 2017-ci ildə ilk dəfə 2 fərqli komanda çempionluq uğrunda mübarizə aparıb. F-1.az-a görə, amma fanlar təkər-təkərə mücadilənin şahidi ola bilməyiblər.
“Formula1 barədə pis söz demək istəmirəm. Çünki hazırda əksəriyyət buranı tənqid edir. Bu mükəmməl seriyadır və insanlar müsbət düşüncədə olmalıdırlar. Startda yer itirmək F1-in ən yaxşı nöqtələrindəndir. Sıralanma turunda əldə etdiyiniz yerdən başlamaq istəyirsiniz.
Amma cəza alanlar arasında yarış olur. Biri 10 yer cəza alır deyə MGU-H və MGU-K generatorlarını dəyişirsiniz. Amma 15 yer cəza alıb onların gerisinə düşürsünüz. Sonra 25 yer itirən başqa birisi çıxır” – deyə, karyerasında ilk uğurunu Bakıda qazanan pilot fikrinə belə izah gətirib.