- Baxış sayı: 41
- 02 Mart 2025 11:28
- Baxış sayı: 47
- Mart 02, 2025
- 0
Gənclər və idman nazirliyi və Azərbaycan atletika federasiyasının təşkilatçılığı ilə qapalı məkanda Azərbaycan çempionatına start verilib.
Allsport.az xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan atletika federasiyasının prezidenti Cavid Qurbanov atletikanın kütləviliyinin təmin edilməsi və coğrafiyasının genişləndirilməsi istiqamətində aparılan işlərdən danışıb və iştirakçılara uğurlar arzulayıb. Gənclər və idman nazirliyinin sektor müdiri Sevda Mirzəyeva yarışın nüfuzlu beynəlxalq turnirlərə seçim üçün önəmli rol oynadığını bildirib. Bakı atletika mərkəzində keçirilən ölkə çempionatında Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı, Gədəbəy və Xızını təmsil edən 130 atlet mübarizə aparır. 2 gün davam edəcək yarışın proqramına üç təkanla tullanma, uzunluğa tullanma, hündürlüyə tullanma, nüvə itələmə, 60 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış və 4×200 m estafet qaçış növləri daxildir.
Dünya atletikasının qlobal təqvim platformasında yer alan ölkə çempionatı dünya və Avropa çempionatı da daxil olmaqla bir çox nüfuzlu yarışlarda iştirak üçün reytinq xallarının qazanılması baxımından mühüm əhəmiyyət kəsb edir.
İlk yarış gününün qalibləri
60 metr məsafəyə qaçış
1. Həmid Nəbiyev
2. Aleksey Əliəkbərov
3. Elcan Cəfərov
60 metr məsafəyə qaçış
1. Fəridə Rzayeva
2. Səlma Ağabəyova
3. Safiya Kərimova
400 metr məsafəyə qaçış
1. Novruz Əsədli
2. Səid Məmmədov
3. Nurlan Məmmədəliyev
400 metr məsafəyə qaçış
1. Lamiyə Vəliyeva
2. Gülçin Nağıyeva
3. Mədinə Hüseynzadə
1500 metr məsafəyə qaçış
1. Bəxtiyar Əsgərli
2. Ümid İbrahimov
3. Nihad Cabbarlı
1500 metr məsafəyə qaçış
1. Zəhra Şirəliyeva
2. Milana Xəlilova
3. Yuliya Belkova
Üç təkanla tullanma
1. Rüstəm Məmmədov
2. Cabir Əliyev
Üç təkanla tullanma
1. Yekaterina Sarıyeva
Nüvə itələmə
1. İsmayıl Əliyev
2. Tofiq Məmmədov
3. Ruslan Malikov