- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan “Bavariya”nın yeni baş məşqçisi Tomas Tuxel haqqında fikirlərini bölüşüb. Türk əsilli futbolçu Dortmund “Borussiya”sında çıxış edərkən mütəxəssisin ona əhəmiyyətli dərəcədə irəliləməyə kömək etdiyini bildirib:
“Tuxelin məşqi son dərəcə yüksək keyfiyyətli və gərgin keçirdi. O, təfərrüatları sevir, məsələn, görmək istədiyinizi sizə göstərmək üçün bir neçə epizod təqdim edə bilər. Yaxşı anlarda da eyni şeyi edir.
Cəmi bir mövsüm olmasına baxmayaraq, bu, mənə çox böyük addımlar atmağa kömək etdi. Tuxel fikrini açıq deyən biridir. Mənim üçün bu, onun əleyhinə deyil, xeyrinədir”.