- Baxış sayı: 19
- 25 Noyabr 2024 10:13
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Dünən İsveçrənin Nyon şəhərində UEFA Gənclər Liqasının püşkatma mərasimi keçirildi. Allsport.az xəbər verir ki, Avropanın ən yüksək reytinqli 32 ölkəsinin U-19 Liqalarının çempionlarının rəqiblərinin müəyyənləşdiyi tədbirdə “Rəvan”ı klubun vitse-prezidenti İlqar Axundov təmsil edib.
Mərasimdən sonra klubun rəsmi saytına açıqlama verən İ.Axundov püşklə bağlı fikirlərini bölüşüb: “UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək ilk klub olmaq “Rəvan” PFK üçün böyük şərəfdir. Üzərimizə böyük məsuliyyət düşür. Avropanın aparıcı klublarının, çempionların mübarizə aparacağı yarışda ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik.
Düzdür, rəqib çox güclüdür. Fikrimcə, 7 potensial rəqib arasında ən güclüsü elə Moskva “Spartak”ı idi. Rusiya təmsilçisi dünya səviyyəsində tanınmış klubdur, adlı-sanlı yetirmələri var. Uşaq futboluna böyük önəm verdikləri məlum məsələdir. Cütün favoriti onlardı. Amma biz sürpriz etmək üçün bacarığımızı ortaya qoyacağıq. Çempionların mübarizəsində zəif rəqib olmur.
“Rəvan” da zəif deyil, Azərbaycan çempionu olmuşuq. Nailiyyət əldə etmiş komandamız, uğurlu çıxışımızı Avropada da davam etdirəcək potensiala sahib futbolçularımız var. Akademiyamızda futbolçuların qalması, qidalanması, məşq keçməsi üçün hər cür şərait mövcuddur. Klub rəhbərliyi olaraq, istedadlı oyunçuların yetişməsi üçün əlimizdən gələni edirik və öz yetirmələrimizə inanırıq. İnam olmayan yerdə nəticə də olmaz”.
Qeyd edək ki, püşkatmanın nəticələrinə əsasən, 20514/2015-ci il mövsümündə AFFA-nın təşkil etdiyi U-19 Liqasının qalibi olmaqla, qitə miqyaslı turnirə vəsiqə qazanan “Rəvan” PFK ilk mərhələdə Moskva “Spartak”ı ilə görüşəcək. “Aslanlar” Rusiya təmsilçisini mübarizədən kənarlaşdıracağı halda, növbəti mərhələdə “Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.