İlqar Qurbanov: Heç bir rəqiblə görüşə arxayın çıxmaq olmaz

“Qəbələ”nin futbolçusu İlqar Qurbanov “ hazırlıq barədə fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, təcrübəli müdafiəçi Sloveniyada təşkil olunan təlim-məşq toplanışının ilk gününü də dəyərləndirib:

“Sloveniyada hazırlığın ilk gününü arxada qoyduq. Çox maraqlı, yüksək səviyyədə məşqlər keçirik. Milli komandanın düşərgəsindən qayıtdığım üçün hazırlığın ilk mərhələsində iki gün iştirak etdim. Avropa liqasında iyulun 12-də keçirəcəyimiz ilk oyuna az vaxt qalib. Buna görə daha səmərəli çalışıb, oyun formamızı tam yığmalıyıq. Yeni baş məşqçi və yeni heyətlə uğurlu olmasını istəyirəm”.

O, ilk təsnifatda rəqib olan Lüksemburq “Proqres”i barədə də danışıb: “UEFA turnirlərində zəif rəqib olmur. Ona görə də qarşılaşmalara ciddi hazırlaşmalıyıq. Heç bir rəqiblə görüşə arxayın çıxmaq olmaz. Həmişə rəqib komandanı özündən üstün saymalısan. Toplanış prosesində yaxşı məşq edib, məsuliyyətli, ciddi hazırlaşmaq vacibdir. İlk görüşün evdə və ya səfərdə keçirilməsinin fərqi yoxdur. Əsas odu ki, yaxşı formada olasan”.

Azərbaycan kubokunun finalından sonra milli komandanın düşərgəsinə yollanan və bu səbəbdən yeni mövsümün hazırlıqlarına gec qoşulan futbolçu öz forması haqqında da danışıb: “Mövsüm bitəndən sonra milli komandaya qatıldığım üçün məşqlərimə yalnız 6-7 gün fasilə verdim. Belə qısa müddətdə forma çox itirilmir. Ona görə də formanı tez bərpa edəcəyimə inanıram. Qarşıda yoxlama oyunları olacaq. Məşqləri yaxşı şəkildə gerçəkləşdirib, bu matçlara ciddi yanaşıb, “Proqres”lə ilk matça hazır olmalıyıq. İlk oyunlar həmişə çətin alınır. Ötən mövsüm “Yagelloniya” ilə ilk matç da bunu göstərmişdi. Ciddi hazırlaşıb, rəqib haqda çox düşünməməliyik. Daha çox özümüz barədə fiki

Həmin kateqoriyadan