- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Avropa liqasının 3-cü təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq “Qəbələ” hazırlığını Afinada davam etdirir. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar”ın mövsümlərarası fasilədə heyətinə qatdığı İlqar Qurbanov bu oyun və “Yagelloniya” ilə barədə fikrini gabalafc.az saytına açıqlayıb:
“Mübarizəyə başladığımız 2-ci təsnifat mərhələsini uğurla adladığımıza sevinirik. Polşanın “Yagelloniya” klubu ilə evdə keçirdiyimiz ilk qarşılaşma bir az çətin alındı. İstənilən oyunu göstərə bilmədik. Amma cavab oyununa daha yaxşı hazırlaşdıq. Bu da normaldır. Çünki təlim-məşq toplanışından sonra ilk matçlar çətin olur. Həm komanda tam hazır olmur, həm də yeni futbolçulara uyğunlaşmağa müəyyən vaxt lazım gəlir.
Buna baxmayaraq, cavab görüşündə oyunumuzu yaxşı tərəfdən göstərə bildik. Cavab matçında təmkinli mübarizə apardıq. Rəqib də ilk oyunu təhlil etmişdi. Bakıdakı qarşılaşmada rəqibə bir neçə əks-hücum imkanı vermədiyimizdən arxaya çəkilib bizi meydanın özünə aid hissəsində gözləyirdi. Lakin biz səbirli olub, topa nəzarət etməyə çalışdıq. Matçın əvvəlində qol vurmağımız isə bizi daha da ruhlandırdı. Polşadakı oyunda komanda şəklində yaxşı mübarizə apardıq”.
“Panatinaikos” haqda fikirlərini açıqlayan Qurbanov Afina səfərində də uğur qazanmağa iddialı olduqlarını bildirib: “Səfərdəki ilk oyuna matçın keçiriləcəyi Afinada hazırlaşırıq. Artıq bir neçə gündür məşqlərimizi Yunanıstanda keçirik. Səfərdə keçirəcəyimiz ilk görüşdən maksimum nəticə ilə dönmək istəyirik. Düşünürəm ki, rəqib haqda çox danışmağa ehtiyac yoxdur. “Panatinaikos” öz sözünü demiş komandadır. Afina klubu aqressiv oyunu ilə həmişə azarkeşlərin diqqət mərkəzində olub. Bizi rəqib meydanında çətin qarşılaşma gözləyir”.