- Baxış sayı: 32
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 33
- Noyabr 26, 2024
- 0
Yeni mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini İlqar Qurbanovla gücləndirib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” 31 yaşlı yarımmüdafiəçi ilə 2-illik müqavilə bağlayıb.
O, Azərbaycanda futbolçu karyerasına 2004-cü ildə “Xəzər-Lənkəran”da başlayıb. 2007-ci ilədək sözügedən komandada top qovan yarımmüdafiəçi 2009-2010-cu illərdə “Olimpik-Şüvəlan”, 2011-2017-ci illərdə “Qarabağ”ın formasını geyinib.
Türkiyədə legionçu həyatı yaşayan futbolçu “Sivasspor” (2007-2008), “Boluspor” (2008-2009) və “Mersin İdman Yurdu”nda (2010-2011) çıxış edib.
Yarımmüdafiəçi Azərbaycan çempionatlarında 187 matçda meydana çıxıb və 14 dəfə rəqib qapılarına yol tapıb. İlqar Qurbanov Azərbaycan milli komandasının heyətində 29 oyun keçirib və 1 qol vurub.