- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Futbol üzər Azərbaycan millisinin yarımmüdafiəçisi Cavid İmamverdiyevin çıxış etdiyi Türkiyənin “Elazığspor” klubu arzuolunmaz hadisə ilə üzləşib. Allsport.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi PTT 1-ci Liqa təmsilçisini cəzalandırıb.
Bu qurumun çıxardığı qərara görə, klub qarşıdakı 1 matçda azarkeşsiz oynacayaq və pul cəzası ödəməli olacaq. Bundan əlavə klubun məşqçilərindən olan Erhan Gündüz 3, Mehmet Kaplan isə 1 oyunluq cəza alıblar və eyni zamanda onlar da, pul cəzası ödəyəcəklər.
Bundan əlavə, komitə idarə heyətinin üzvlərindən Əmrah Yıldız, Məhmət Kaya, Cahit Gürgöz, Səlahətdin Öztürk, Səlami Öztürk və Burhan Şənər də 1 oyunluq cəzalanıb və cərimə ödəyəcək.
Klub bu şokdan ayılmamış “Elazığspor”da bir neçə ayrılıq da yaşanıb. Belə ki, komandanın 3 üzvü qovulub. Baş məşqçi Ümit Özatın köməkçisi Fatih Akyel, futbolçular Atilla Yıldırım və Birol Hikmət komandadan uzaqlaşdırılıb. Klub prezidenti Səlçuk Öztürk yerli mətbuata verdiyi açıqlamada bütün qərarları komandanı daha yaxşı yerlərə daşımaq üçün qəbul etdiklərini bildirib.