İmişli stadionu təmirə bağlandı

1-ci liqa təmsilçisi “İmişli” FK öz şəxsi vəsaiti hesabına İmişli şəhər Heydər Əliyev adına İmişli şəhər stadionunu təmirə bağlayıb. 

Allsport.az xəbər verir ki, stadion yan qurğuların təmiri, ot örtüyünün yenilənməsi, baza təmiri və digər müxtəlif sahələrdə aparılan profilaktik və təmir işləri ilə əlaqədar bir müddət bağlanacaq.

Bu işlər klubun şəxsi kapitalı hesabına maliyyələşir. Həm futbolçulara, həm azarkeşlərə ən keyfiyyətli infrastruktur təqdim etmək üçün ciddi şəkildə işlər həyata keçirilir.

Həmin kateqoriyadan