- Baxış sayı: 64
- 19 Dekabr 2025 00:10
- Baxış sayı: 65
- Dekabr 18, 2025
- 0

Növbəti mövsüm Azərbaycan premyer liqasında mübarizə aparacaq “İmişli” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Allsport.az xəbər verir ki, İmişli təmsilçisi portuqaliyalı Xorxe Kaskilyaya həvalə olunub.
56 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb. Onun köməkçiləri Kristianu Duraeşlə Qilherme Kadete olacaq.
Kaskilyanın məşqçilər korpusunda qapıçılar üzrə məşqçi Elşad Tahirov, fiziki hazırlıq üzrə məşqçi isə Uliyan Qoqadır.