İmişlidə güləş məktəbi açıldı

Azərbaycan güləşinin inkişaf istiqamətlərindən biri kütləviliyə nail olmaqdır. Allsport.az xəbər verir ki, bu mənada regionlarda yeni güləş bölmələrinin açılması və infrastrukturun yaxşılaşdırılması başlıca hədəfdir. İmişlidə sərbəst güləş üzrə yeni məktəbin açılması da bu prosesin tərkib hissəsidir.

Oktyabrın 12-də Azərbaycan güləş federasiyasının avadanlıqla təmin etdiyi məktəbin açılışı olub. Mərasimdə Azərbaycan güləş federasiyasının (AGF) icraiyyə komitəsinin üzvü Namiq Abdullayev, sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Cəbrayıl Həsənov, AGF-nin regionlar üzrə əlaqələndiricisi Elfaq Səfərov iştirak ediblər. Qonaqlar ölkədə güləşin inkişafı üçün belə zalların açılmasının çox mühüm rol oynadığını qeyd ediblər və yeniyetmə idmançılara uğurlar arzulayıblar.

İki dəst güləş xalçasıyla təmin edilmiş idman mərkəzində güləş dərsləri keçmək üçün əlverişli şərait yaradılıb. Mərkəzin açıq havada idmanla məşğul olmaq üçün geniş ərazisi də var. Bu arenada sərbəst güləş üzrə məşqçi-müəllim Qalib Şükürov məşqləri keçəcək.

Həmin kateqoriyadan