- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
“Turan Tovuz” premyer liqanın 4-cü turunda evdə “Səbail”ə 1:3 yenilib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov bunu deyib:
“İlk olaraq Şəhriyar Rəhimova Allahdan rəhmət, ailəsinə səbr diləyirəm. Həqiqətən böyük itkidir. Oyunu ilə, xarakteri ilə futbolumuzda iz qoymuşdu. Oyuna gəldikdə, ilk dəqiqələrdən qol buraxmağımız demək olar ki, bütün oyunumuzu korladı.
Futbolçular tələsməyə başladı. İnanıram ki, bu bizim ən zəif oyunumuz olacaq. Bundan sonra belə oyunlar təkrarlanmayacaq. Çempionatın əvvəlidir, yeni futbolçularımız var. Hiss olunur ki, vaxt lazımdır.
Mübarizəmizi davam etdirəcəyik. Komandamın potensialına inanıram. Gələn oyunlarda daha yaxşı çıxış edəcəyik”.