“İnanmıram ki, onlar mənim arxamca başqa məşqçilərlə danışsınlar”

Allsport.az xəbər verir ki, “Roma”nın baş məşqçisi Joze Mourinyo klubun sahibi, amerikalı iş adamı Den Fridkinin digər məşqçilərlə danışıqlar apara biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

“Açığı, bunun doğru olduğuna inanmıram, çünki dürüstlük və qarşılıqlı hörmət mənim üçün vacibdir. Fridkin ailəsinin vicdansız olduğunu və qarşılıqlı hörmət göstərmədiyini düşünmək üçün heç bir əsasım yoxdur. Mən onların dürüstlüyünə 100 faiz inanıram.

Bu o demək deyil ki, onlar məni burada istəyirlər, amma inanmıram ki, onlar mənim arxamca başqa məşqçilərlə danışsınlar”.

Həmin kateqoriyadan